Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Aprelin 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada səfərdə olan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mətyu Brayzə ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin sədri Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş səfirinin Naxçıvana ilk səfərini muxtar respublikaya göstərilən diqqətin ifadəsi kimi dəyərləndirərək demişdir: Naxçıvan Azərbaycanın tərkibində muxtar respublikadır. Naxçıvan Muxtar Respublikası İran İslam Respublikası ilə 204 kilometr, Ermənistan ilə 246 kilometr, Türkiyə ilə isə 11 kilometr həmsərhəddir. Bura dahi şəxsiyyətlərin vətənidir. Naxçıvan Muxtar Respublikası 20 ildən artıqdır ki, blokada vəziyyətində yaşayır. Ancaq buna baxmayaraq əhalinin həyat tərzi getdikcə yüksəlir. Ona görə ki, bu gün Azərbaycan sürətlə inkişaf edir.
Ali Məclisin sədri səfirin muxtar respublikaya səfərinin səmərəli olacağına əminliyini bildirmişdir.
Mətyu Brayzə bu bölgə barədə ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən eşitdiyini, əslən türkiyəli olan həyat yoldaşı Zeyno Barandan Naxçıvan Muxtar Respublikası haqqında ətraflı məlumat aldığını vurğulamış, Azərbaycanın tərkibində yeganə muxtar qurum olan Naxçıvana hörmət əlaməti olaraq buraya səfər etdiyini, səfərinin tanışlıq xarakteri daşıdığını bildirmiş, səmimi görüşə görə minnətdarlıq etmişdir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunmuş, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
Səfir ikigünlük səfəri çərçivəsində muxtar respublikanın görməli yerləri, tarixi abidələri, mədəniyyət müəssisələri, Sədərək sərhəd-keçid məntəqəsi ilə tanış olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında