Bakı Şəhər Baş Polis İdarəsi 17 aprel aksiyasında azyaşlı uşağın saxlanmasına dair xəbərlərlə bağlı məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsi aprelin 17-də İctimai Palatanın keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyada azyaşlı uşağın saxlanmasına dair xəbərlərlə əlaqədar məlumat yayıb.
Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, İctimai Palata adlanan quruma daxil olan radikal müxalifət partiyaları aprelin 17-də ümumi sayı təxminən 150 nəfərədək olan bir neçə qrupla paytaxtın "Sahil bağı"nda qanunsuz aksiya keçirməyə cəhd göstərib. Polis əvvəlcədən xəbərdarlıq edildiyi kimi, qanunsuz aksiyanın qarşısını alınıb. Bu zaman ictimai asayişi pozmağa cəhd edən qanunsuz aksiyanın 65 iştirakçısı saxlanılıb. Onlardan 25 nəfəri hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edilərək sərbəst buraxılıb, 40 nəfər barəsində isə qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün sənədləri aidiyyəti məhkəmələrə göndərilib.
Məlumatda, həmçinin, bildirilir ki, aksiyanın qarşısı alındıqdan sonra bəzi mətbuat orqanlarında aksiya zamanı vətəndaş Quluzadə Gülnarə Çingiz qızının azyaşlı qızı ilə birlikdə polis orqanları tərəfindən saxlanılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb: "Əslində, polis əməkdaşları Gülnarə Quluzadənin və onun azyaşlı qızının təhlükəsizliyini təmin etmək məqsədilə qanunsuz aksiya keçirilən ərazidən uzaqlaşdıraraq sərbəst buraxıb. Onlar hər hansı polis idarəsinə aparılmayıb və barələrində heç bir cəza tədbiri görülməyib".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında