Nazirlər Kabinetində görüş

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 20-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru, general-leytenant Kirço Kirovla görüşmüşdür.
Qonağı səmimi salamlayan Baş nazir Artur Rasizadə Azərbaycan ilə Bolqarıstan arasında siyasi-iqtisadi və mədəni əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır. Sonra Baş nazir müasir dünya üçün aktual olan təhlükəsizlik problemləri, terrorçuluqla mübarizə, etnik separatizm və digər məsələlər barədə danışmış, diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltmişdir. Qeyd edilmişdir ki, bu münaqişənin tezliklə həlli həm də ümumən regional təhlükəsizlik baxımından zəruridir. Bakıda gördüyü yüksək qonaqpərvərlikdən məmnun olduğunu deyən Kirço Kirov keçirdiyi görüşlər və apardığı müzakirələr barədə Baş nazirə ətraflı məlumat vermişdir. Qonaq xüsusilə azərbaycanlı həmkarları ilə səmərəli danışıqları xatırlayaraq bu cür məhsuldar görüşlərin, təcrübə mübadilələrinin hər iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirmişdir.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında