Suriyada etirazlar səngimir

Kütləvi informasiya vasitələri bildirir ki, Suriyanın Suveyda şəhərində yüzlərlə adam küçələrə çıxaraq "Allah, Suriya, Azadlıq!" şüarları ilə qışqırıblar. Nümayişçilər sosial şəbəkələrdən istifadə etməklə əhalini hakimiyyət əleyhinə etirazları davam etdirməyə çağırıblar.
Ölkə Prezidenti Bəşər əl-Əsəd xalqa müraciət ünvanlayaraq deyib ki, on illərlə davam edən fövqəladə vəziyyət haqda qanunları ləğv edəcək. O, deyib ki, ölkədə sabitlik əsas prioritetdir və təhlükəsizlik qüvvələrinə nümayişçilərlə necə davranmaq üçün əlavə təlimlər lazımdır.
Əhalisinin sayına görə Suriyanın 3-cü iri şəhəri Homsun mərkəzi meydanını zəbt edən nümayişçilər Prezident B.Əsədin istefası ilə yanaşı, fövqəladə vəziyyətin ləğvini və Suriya vətəndaşlarının həbsinə icazə verən qanunların ləğv olunmasını tələb edirlər.
Məlumata görə, ölkənin digər böyük şəhərləri sayılan Hələb və Humus şəhərlərində də aksiyaçılar küçələrə çıxıb, "Xalq azadlıq istəyir!" kimi şüarlar səsləndiriblər. Qeyd edək ki, nümayişçilərlə polis arasında toqquşma baş verib. Polis Humus şəhərində aksiyaçılara atəş açıb. 8 aksiyaçı və 1 polis öldürülüb, 15 nəfər isə yaralanıb. Silahlı qrupların Humus şəhərində əsas yolları barrikada quraraq bağladıqları, şəhərin kənarında təhlükəsizlik qüvvələri ilə silahlılar arasında döyüşlərin getdiyi bildirilir.
Etirazçılar Əl-Saa meydanını yalnız tələblərinin yerinə yetirildiyi təqdirdə tərk edəcəklərini bildiriblər. Aksiya ərazisini mühasirəyə alan fəallar oraya yalnız silahsız adamların buraxıldığını bildirirlər. Meydanda 20 minədək adamın olduğu təxmin edilir. Etirazçılardan birinin sözlərinə görə meydanı Qahirə analogiyası ilə Təhrir adlandırmaq təklif olunub. Rəsmi mətbuat Homsda pusquya düşmüş bir neçə yüksək rütbəli hərbçinin ailə üzvləri ilə bərabər qəddarcasına qətlə yetirildiyini açıqlayıb. Suriya hökumət şəhərdəki hadisələri silahlı qiyam kimi dəyərləndirir.
Lazkiye, Dera, Dəməşq şəhərlərində də aksiyalar keçirilib. Xatırladaq ki, Suriyada 1 aydır ki, davam edən aksiyalar zamanı 200-dən çox insan həlak olub.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında