"Geyib əsgər paltarını silahlandı qəhrəman"

Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı amansız təcavüzlə üz-üzə qalmışdı. Əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan yeni ərazilər ələ keçirmək üçün ölkəmizə təcavüz etmiş, özünün himayədarlarının köməyi ilə bir sıra rayonlarımızı ələ keçirmişdi. Belə bir zamanda igid-igid oğullarımız "geyib əsgər paltarını" silahlanaraq amansız düşmənlə savaşa atılırdılar. 
Namiq Bəyəhməd oğlu Əliyarov da onlardan biri idi. Namiq 1971-ci ildə Bakının Əhmədli qəsəbəsində anadan olmuş, buradakı 64 saylı orta məktəbi bitirmişdi. 1991-ci ildə keçmiş sovet ordusu sıralarında xidmətdən qayıtmış Namiq 1992-ci ildə yenidən əsgər paltarını geyməli, bu dəfə müstəqil Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşməli olmuşdu. Uşaq yaşlarından idmanla məşğul olmuş, bir çox yarışlarda fərqlənərək müxtəlif mükafatlar almış Namiq Əliyarov Milli Ordu sıralarına daxil olmuşdu. Məhz bu hissənin tərkibində Azərbaycan torpaqlarının düşməndən müdafiəsində iştirak etmiş, qorxmaz döyüşçü kimi özünü göstərə bilmişdi.
Döyüş yolu ilə tanışlıqdan məlum olur ki, Namiq Tərtər, Ağdərə, Murovdağ, Ağdam uğrunda döyüşlərin iştirakçısı olub.
1994-cü ilin əvvəllərində isə Füzuli istiqamətindəki döyüşlərə atılıb. Bir aydan artıq bir müddətdə düşmənlə ölüm-dirim savaşında olub. Bir sıra cəbhələrdə ermənilərə ağır, sarsıdıcı zərbələr endirib. Düşmənin Füzuli rayonunun bir sıra kəndlərindən qovulub çıxarılmasında Namiq də böyük şücaət göstərib. Onu ən məsul əməliyyatlara, ən ağır döyüşlərə göndəriblər, qorxmayıb, çəkinməyib. Həmişə döyüş tapşırıqlarını vicdanla yerinə yetirib. Əsgər yoldaşları arasında özünün yüksək döyüş qabiliyyəti ilə seçilib. Və 1994-cü il aprelin 18-də belə döyüşlərin birində qəhrəmancasına həlak olub.
Vətən yolunda candan keçməyi bacaran Namiq Əliyarov kimi oğullarımız bu günkü gənc nəsil üçün əsil qəhrəmanlıq nümunəsidir.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında