Xətai rayonunda iməcilik

Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında ölkə Prezidenti İlham Əliyev "Ekologiya ili"nin başa çatmasına baxmayaraq ağacəkmə, yaşıllıqların salınma işlərinin davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Respublikanın hər yerində olduğu kimi, Bakının Xətai rayonunda da "Ekologiya ili"ndə mütəşəkkil ağacəkmə, yaşıllaşdırma işləri aparılmışdır. Ağaclara aqrotexniki qulluq göstərilmişdir. Bütövlükdə il yüksək nailiyyətlərlə başa vurulmuşdur.
Rayonda yaşıllaşdırma işləri uğurla davam etdirilir. Hər həftənin şənbə və bazar günlərində rayonun müəssisə və təşkilatlarında, yaşayış massivlərinin həyətyanı sahələrində ağacəkmə kampaniyaları davam etdirilir. Əkilən ağacların qorunub saxlanmasına nəzarət məsul işçilərə həvalə olunmuşdur.
Aprelin 16-da keçirilən iməcilikdə rayonun 3500-dən çox sakini, eləcə də rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri iştirak etmişlər. Onlar 3000-dən artıq şam, küknar, çinar və digər həmişəyaşıl ağaclar əkmişlər. Yaşlı ağacların budanması və suvarılmasına da diqqət artırılmışdır . Bu kompaniyada Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və aparat işçiləri də fəal iştirak etmişlər.

{nl}

Rafiq SALMANOV, "Xalq qəzeti" (fotolar müəllifindir)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında