Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri Cənub-Şərqi Avropanın Mədəniyyət Nazirləri Şurasının illik sessiyasında müzakirə olunmuşdur

Aprelin 14-15-də Rumıniyanın paytaxtı Buxarestdə Cənub-Şərqi Avropanın Mədəniyyət Nazirləri Şurasının illik sessiyası keçirilmişdir.
Sessiyada Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, həmçinin Cənub-Şərqi Avropanın mədəniyyət nazirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və digər rəsmi şəxslərin iştirak etdikləri tədbirdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq proqramları, mədəni layihələrin həyata keçirilməsi və regional əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.
Bununla yanaşı, iclasda Qara Dəniz və Cənubi Qafqaz ölkələrinin mədəniyyət sahəsində əməkdaşlıq səylərini birləşdirmək məqsədi ilə Rumıniyanın Mədəniyyət və Milli İrs Nazirliyi tərəfindən irəli sürülmüş Qara Dəniz və Cənubi Qafqaz Mədəniyyət Nazirləri Şurasının təsis edilməsinə dair Əsasnamə layihəsi də əsas müzakirə mövzusu olmuşdur. Azərbaycan tərəfindən sözügedən sənəd layihəsinin dövlətdaxili proseduralardan keçməsinin vacibliyi qeyd edilmişdir.
Şuranın illik sessiyasında Əbülfəs Qarayev çıxış edərək tədbir iştirakçılarına bu il aprelin 7-dən 9-dək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri barədə məlumat vermişdir. Nazir forumun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə daimi əsasda təsis edildiyini və 2013-cü ilin aprelində növbəti Ümumdünya Forumunun keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.
Səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Rumıniyanın mədəniyyət və milli irs naziri Kelemen Hunor arasında ikitərəfli görüş keçirilmişdir. Görüşdə qarşılıqlı mədəni əməkdaşlıq məsələləri müzakirə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında