Sabirabad rayonunun Çölbeşdəli kəndində yeni istehsal kooperativi yaradılmışdır

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq məqsədi ilə iri kəndli təsərrüfatlarının yaradılmasına başlanmışdır. 
Belə bir istehsal kooperativi Sabirabad rayonunun Çölbeşdəli kəndində fəaliyyətə başlamışdır. Kənddə 92 torpaq mülkiyyətçisi 450 hektara yaxın pay torpaqlarını birləşdirərək yeni istehsal kooperativi təsis etmişdir.
Artıq yeni yaradılmış kəndli təsərrüfatında 180 hektar sahəyə çiyid səpilmişdir. Payızda isə birləşdirilən pay torpaqlarında taxıl əkini nəzərdə tutulmuşdur.
Yeni yaradılmış istehsal kooperativinin işi ilə yaxından tanış olmaq məqsədi ilə Baş nazirin müşaviri Musa Məmmədov və kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov Sabirabad rayonunda olmuşlar.
Kooperativin üzvləri ilə iş başında görüşən M.Məmmədov və A.Aslanov onların problemləri ilə maraqlanmışlar. Kəndli təsərrüfatının yeni formasının əhəmiyyətindən danışan çölbeşdəlilər onlara texnika sarıdan kömək göstərilməsini, güzəştli faizlərlə kredit verilməsini tədarük olunacaq məhsulun təhvil verilməsi ilə bağlı məsələlərdə yardım göstərilməsini xahiş etmişlər.
Yeni istehsal kooperativinin əhəmiyyətindən danışan M.Məmmədov və A.Aslanov aqrar sahədə həyata keçirilən islahatların vacibliyini qeyd etmiş, dövlətimizin başçısının kəndli-fermer təsərrüfatlarının inkişafına, emal sənayesinin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğını diqqətə çatdırmışlar. Bildirilmişdir ki, pay torpaqlarının birləşdirilməsi bir sıra problemlərin həllinə kömək edəcək, əkin sahələrindən daha səmərəli istifadə olunmasına imkan yaradacaqdır.
Kənd təsərrüfatı nazirinin müavini A.Aslanov qeyd etmişdir ki, iri kəndli təsərrüfatlarının yaradılması əkin sahələrinin məhsul istehsalı üzrə uyğunlaşdırılmasına, kooperativlərin ixtisaslaşdırılmasına, becərmə işlərinin səmərəli qaydada yerinə yetirilməsinə, gəlirlərin artmasına, torpaqların məhsuldarlığının yüksəldilməsinə, qarşıya çıxan problemlərin kollektiv surətdə aradan qaldırılmasına, verilmiş güzəştli kreditlərdən məqsədəuyğun istifadə edilməsinə imkan verəcəkdir. Bu sahədə iş davam etdirilir. Rayonun digər kəndlərində də pay torpaqlarını birləşdirmək yolu ilə bu cür iri istehsal kooperativlərinin yaradılması nəzərdə tutulur.
Sonra Musa Məmmədov, Aslan Aslanov və Sabirabad Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Heydər Yaqubov "Sabirabad-Aqrolizinq" və "Sabirabad-Aqroservis" ASC-lərdə olmuş, zəmilərdə becərmə işlərini nəzərdən keçirmiş, fermerlərin problemləri ilə maraqlanmış, tövsiyə və məsləhətlərini bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında