Əhməd Davudoğlu: Türkiyə-İran-Azərbaycan üçlüyünün əməkdaşlığı Qafqazda sülhün və sabitliyin bərqərar olmasına da töhfə verəcəkdir

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İranın Urmiya şəhərində Azərbaycan və İran xarici işlər nazirləri ilə görüşün nəticələrinə dair müsahibəsində bildirmişdir ki, hər üç ölkənin əməkdaşlığı regionda sülhün və sabitliyin bərqərar olmasına töhfə verəcəkdir. 
Türkiyə xarici siyasət idarəsinin başçısı bildirmişdir ki, bu görüşlə üç ölkə arasında məsləhətləşmələr prosesi rəsmi olaraq başlanmışdır və növbəti görüşlərin bu il Naxçıvanda və 2012-ci ildə Türkiyədə keçirilməsi planlaşdırılır. Türkiyə, Azərbaycan və İranın çox köklü müştərək tarixi olduğunu da vurğulayan nazir əlavə etmişdir ki, bundan sonra mədəni əlaqələri gücləndirmək, qarşılıqlı səfərləri artırmaq və birgə iqtisadi layihələr həyata keçirmək nəzərdə tutulur. Sərhəd bölgələrində regional əməkdaşlıq zonaları yaradılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında