Aprelin 18-də Beynəlxalq Mətbuat Mərkəzində bu il martın 8-də ermənilərin Aüdam rayon sakini, 9 yaşlı Fariz Bədəlovu snayperlə qətlə yetirmələrinin qırxıncı gününə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılıüı ilə keçirilən tədbir Fariz Bədəlovun timsalında son 20 ildə ermənilər tərəfindən Ermənistanla sərhəd bölgələrində, Daülıq Qarabaüda vəhşicəsinə öldürülmüş bütün azyaşlı soydaşlarımızın xatirəsinin yad edilməsinə həsr edilmişdir.
"Dəyirmi masa"nın iştirakçıları əvvəlcə indiyədək ermənilər tərəfindən qətlə yetirilmiş bütün uşaqların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Ziyalıların, ictimai xadimlərin, KİV nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova bu hadisəni atəşkəs dövründə ermənilər tərəfindən törədilmiş növbəti vandalizm aktı olduüunu bildirmişdir.
S.Yusifova demişdir ki, Azərbaycan torpaqlarının 20 faizini işüal altında saxlayan təcavüzkar Ermənistanın silahlı qüvvələri azyaşlı uşaqlara yönəlmiş bu cür amansız qətl faktları ilə insanlıüa, bəşəri dəyərlərə, humanizm prinsiplərinə, uşaq hüquqları ilə baülı beynəlxalq konvensiyalara düşmən olduqlarını bir daha dünyaya nümayiş etdirmişlər. Təəssüf ki, sivil dünyanın gözü qarşısında baş verən bu qanlı hadisələrə, məsum uşaqlara qarşı aparılan vandalizm siyasətinə Qərb dövlətləri, beynəlxalq təşkilatlar hələ də siyasi-hüquqi qiymət verməmişlər. Nüfuzlu beynəlxalq uşaq təşkilatları da 9 yaşlı Farizin snayperlə qətlə yetirilməsini indiyə kimi qınamamışlar.
"Dəyirmi masa"da "Kaspi" Təhsil Şurasının sədri, filologiya elmlər namizədi Sona Vəliyeva çıxış edərək bildirmişdir ki, bu gün çox mühüm bir hadisəyə həsr olunmuş tədbirə yıüışmışıq. Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyü pozulmuş, torpaqlarımızın 20 faizi işüal olunmuşdur. Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımız doüma yurd-yuvasından didərgin düşmüş, körpələrimiz, qızlarımız, gəlinlərimiz, qocalarımız vəhşicəsinə qətlə yetirilmişlər. Bunu erməni tərəfi "müharibə qanunları" ilə əlaqələndirməyə cəhd göstərir. Amma heç bir "müharibə qanunu"nda yazılmamışdır ki, cəbhənin təmas xəttinə yaxın kəndin kiçik sakini məqsədyönlü şəkildə snayperlə nişangaha alınsın və öldürülsün.
Sona Vəliyeva demişdir ki, hər birimiz dünyanın bu hadisəyə biganə qalmasını yana-yana vurüulayırıq. Beynəlxalq aləmdə bu gün doürudan da ikili standartlara uyüun oyun gedir. Müsəlman aləminə, islam dünyasına qarşı ölçüyə gəlməyən dərəcədə haqsızlıqlar baş verir. Azərbaycan da bir müsəlman ölkəsi olaraq öz sərvəti ilə dünyada tanınan, müstəqillik yolu ilə inamla irəli gedən, qısa zaman kəsiyində 100 ilə bərabər inkişaf yolu keçmişdir. Ölkəmizin bu uüurlarını gözü götürməyən dünyadakı ermənipərəst qüvvələr xalqımızın hüquqlarının tapdalanmasına, torpaqlarımızın işüalının davam etməsinə biganə yanaşırlar.
Bilirsiniz ki, uşaqlar bizim böyük sərvətimiz, gələcəyimizdir. Bu uşaqlardan biri, 40 gün bundan əvvəl, 8 Mart Beynəlxalq Qadınlar Günündə erməni snayperindən açılan güllə ilə vəhşicəsinə qətlə yetirilmişdir. Bu tədbirin əsas məqsədi ondan ibarətdir ki, bütün Azərbaycan mediası, ziyalıları adından uşaq hüquqlarını qoruyan beynəlxalq təşkilatlara bəyanat ünvanlansın. Bəyanatda göstərilsin ki, nəyə görə dünyanın nüfuzlu televiziya kanalları, internet saytları hansısa bir sahibsiz pişiyin, itin taleyi haqqında Avropaya günlərlə, həftələrlə görüntülər yayımlayır. Avropalılar özlərini hamıdan sivil, hamıdan mədəni, humanist, sahibsiz heyvanlara sahib çıxan xalq, millət, dövlət kimi göstərirlər.
Azərbaycanda isə 8 Mart Beynəlxalq Qadınlar Günündə bir ananın gözünün aüı-qarası, balası snayperlə vurulub öldürülür, qadının bayramı qara gəlir, dünya, beynəlxalq təşkilatlar, nüfuzlu televiya kanalları, saytlar bu dəhşətli faktı sükutla qarşılayır. Sanki Yer üzündə belə bir uşaq yox imiş.
S.Vəliyeva sözünə davam edərək demişdir ki, mən təxminən bir həftə əvvəl Almaniyanın Frankfurt şəhərində Azərbaycan diasporunun azərbaycanlı gənclərlə keçirdiyi tədbirdə iştirak etmişəm. Həmin görüşdə beynəlxalq təşkilatların nümayəndələri də çıxış edirdilər. Bu çıxışları dinləyərkən bir daha belə qənaətə gəldim ki, bizim dərdimizə dünya laqeyd yanaşır. Onlar bir insanın, bir millətin, bir dövlətin dərdlərinə, problemlərinə tamamilə biganədirlər. Bir daha əmin oldum ki, Azərbaycan torpaqlarının 20 faizinin hələ də işüal altında qalması, 1 milyondan artıq qaçqın-köçkünümüzün olması, minlərlə azərbaycanlı gəncin, qocanın, uşaüın qətlə yetirilməsi beynəlxalq ictimaiyyəti qətiyyən narahat etmir.
Biz təbliüatın növlərini, yollarını dəyişməli, başqa üsullar tapmalıyıq. Problemimizi çatdırmaüın yeni metodlarını işləməliyik. Bu, çox vacib məsələdir. Biz beynəlxalq insan hüquqları təşkilatlarından tələb etməliyik ki, siz insan haqlarından danışa-danışa nə üçün hüquqları tapdalanan, təcavüzə məruz qalan bir millətin səsinə səs vermirsiniz? Əgər aürılarımıza bu cür ikili prinsiplə yanaşacaqsınızsa, o zaman bizim daxili işlərimizə də beynəlxalq səviyyəli təşkilatlarınızı qoşmayın. Bəs nəyə görə bizim ölkədə sabitliyi pozmaq, canımız, qanımız, gənclərimizin həyatı bahasına əldə etdiyimiz müstəqilliyimizi əlimizdən almaq üçün qrantlar ayırırsınız? Siz bizdən hansı insan hüquqlarını tələb edirsiniz? O "insan hüquqlarını" ki, bizim daxili sabitliyimizi pozmaüa can atır, amma bir uşaüı, sabahın gəncini, bu torpaüın əsgərini, ananın övladını snayperlə qətlə yetirirlər, bu vandalizm aktına göz yumursunuz.
Sona Vəliyeva çıxışının sonunda demişdir ki, Allah Farizin valideynlərinə səbir versin. Bir də Tanrı xalqımıza, millətimizə belə aürılar göstərməsin.
Milli QHT Forumunun sədri Rauf Zeyni və başqaları məhz 8 Mart Beynəlxalq Qadınlar Günündə, Novruz bayramı ərəfəsində məqsədyönlü şəkildə azərbaycanlı uşaüın öldürülməsi hadisəsini dəhşətli fakt kimi qiymətləndirmiş, bunun ermənilərin vəhşiliyinin, məkrli siyasətinin bariz nümunəsi olduüunu söyləmiş və tədbirin sonunda hazırlanacaq bəyanata öz təkliflərini vermişlər.
Daha sonra "dəyirmi masa"da hadisə ilə baülı bəyanat oxunmuşdur. Bəyanatın mətninin müxtəlif dillərə tərcümə edildikdən sonra nüfuzlu beynəlxalq təşkilatlara göndərilməsi qərara alınmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.