DSX mövcud imkan və vasitələrdən bacarıqla istifadə edərək sərhədlərimizin mühafizəsi işini daim təkmilləşdirir

Azərbaycanın sərhədlərini yüksək səviyyədə qorumaq, beynəlxalq terrorizmə, qanunsuz miqrasiyaya, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı daha qətiyyətlə mübarizə aparmaq üçün Dövlət Sərhəd Xidməti (DSX) mövcud imkan və vasitələrdən bacarıqla istifadə edir, sərhədlərimizin mühafizəsi işini daim təkmilləşdirir. 
DSX-nin mətbuat xidmətindən bildirmişlər ki, sərhəd pozucularının, qaçaqmalçıların narkotik maddələrin daşınması üçün ölkəmizin ərazisindən tranzit kimi istifadə etmək istəyən cinayətkarların qarşısına keçilməz sədd çəkilir.
Aprelin 11-də gecə saat 00:20 radələrində Yardımlı rayonunun Alar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan iki nəfər İran İslam Respublikası vətəndaşı saxlanılmışdır. Onların üzərindən 1 kiloqram heroin, kəlbətin, fənər, bıçaq və mobil telefonlar aşkar olunaraq götürülmüşdür.
Hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında