Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ABŞ-ın Stratfor özəl elmi korporasiyasının qurucusu, icraçı direktoru və baş analitiki George Fridmanla görüşmüşdür.  
Ali Məclisin sədri maraqlı həyat yolu keçmiş, tanınmış mütəxəssis George Fridmanın muxtar respublikaya səfərindən məmnunluğunu bildirərək demişdir: Naxçıvan Azərbaycanın tərkibində muxtar respublikadır. Biz bilirik ki, siz Naxçıvan haqqında geniş məlumata maliksiniz. Qələmə aldığınız maraqlı kitablarınız, uzaqgörən fikirləriniz onu deməyə əsas verir ki, səfəriniz çərçivəsində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin müəllim və tələbləri ilə görüşünüzdə onlar çox şey öyrənəcəklər. Ali Məclisin sədri George Fridmanın səfərdən məmnun qalacağına, əlaqələrin bundan sonra davam etdiriləcəyinə əminliyini bildirmişdir.
"Mən Naxçıvanı tanımadan Azərbaycanı tanıya bilmərəm", - deyən George Fridman Naxçıvanın Azərbaycan mədəniyyətinin beşiyi olduğunu vurğulamış, muxtar respublikaya səfərinin tanışlıq xarakteri daşıdığını bildirmiş, səmimi görüşə görə təşəkkür etmişdir.
Qonaq ikigünlük səfəri çərçivəsində muxtar respublikanın görməli yerləri, tarixi abidələri, mədəniyyət müəssisələri ilə tanış olacaq, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin müəllim və tələbələri ilə görüşəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında