Azərbaycan ilə İtaliya arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

İtaliyanın Azərbaycandakı səfiri Mario Corco Stefano Baldi aprelin 18-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür. 
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, F.Məmmədov Azərbaycanın İtaliya ilə hərtərəfli səmərəli əməkdaşlıq etdiyini bildirmiş, hər iki ölkənin ədliyyə nazirlikləri arasında 2005-ci ildə imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır.
Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan danışmış, ədliyyə və məhkəmə sisteminin müasirləşdirildiyini, o cümlədən yeni məhkəmə və penitensiar infrastrukturun yaradıldığını, bu islahatlarda həm də italiyalı mütəxəssislərin iştirakını qeyd etmişdir.
Azərbaycanın İtaliya üçün vacib tərəfdaş ölkə olduğunu vurğulayan səfir bir çox oxşar xüsusiyyətlərə malik xalqlarımız arasında dostluq münasibətlərinin inkişafını, ölkələrimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əməkdaşlığın böyük perspektivlərinin olduğunu qeyd etmiş, ədliyyə nazirlikləri arasında əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləmişdir.
Görüşdə, həmçinin əməkdaşlığın istiqamətləri müzakirə olunmuş, qarşılıqlı fəaliyyətə dair bir sıra konkret təkliflər irəli sürülmüşdür.
Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında