Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri seçilməsi ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacaqdır

Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düponun başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti aprelin 18-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlərin inkişafına və daha da dərinləşməsinə dair fikir mübadiləsi aparılmışdır.
Oqtay Əsədov əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışmış, parlamentlərdəki dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, ötən ilin noyabrında Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdən sonra parlamentdəki dostluq qrupları yenidən təşkil olunmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri seçilmişdir.
O.Əsədov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini bir daha diqqətə çatdırmış, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın problemin aradan qaldırılmasında səylərini artıracağına ümidvar olduğunu bildirmişdir.
Sonuncu dəfə Azərbaycana 2007-ci ildə səfər etdiyini vurğulayan Ambruaz Düpon ötən müddətdə ölkəmizin xeyli inkişaf etdiyinin şahidi olduğunu bildirmiş, Azərbaycanın Cənubi Qafqazdakı hərtərəfli mövqeyini yüksək qiymətləndirmişdir.
Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbər seçilməsindən məmnunluğunu ifadə edən qonaq demişdir ki, Azərbaycanın birinci xanımının bu vəzifəyə seçilməsi münasibətlərimizin yeni müstəvidə inkişafına təkan verəcəkdir.
O demişdir: "Mehriban Əliyeva dostluq qrupunun sədri seçilməmişdən əvvəl də əlaqələrimizin inkişafı istiqamətində mühüm işlər görmüşdür. Bu günlərdə Parisdə onun iştirakı ilə daha bir tədbir keçiriləcəkdir. İnanırıq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi dostluq qrupu əlaqələrimizin daha da genişlənməsində mühüm rol oynayacaqdır".
Daha sonra görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, münasibətlərimizin dərinləşməsində parlamentlərin rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında