Elektromaqnit şüalarının mənfi təsirini azaltmaq mümkün olacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Azərbaycan Texniki Universitetinin bir qrup alim və mütəxəssisi mobil telefondan istifadə zamanı elektromaqnit şüaların mənfi təsirini azaltmaq üçün nanotexnologiya sahəsinin son nailiyyətləri əsasında prinsipcə yeni məhsul - BNK-1 TL (Model 1) biokartı yaradıb.
Yeni məhsulun ölkədə, habelə xaricdə son illər sınaqdan keçirilməsi bir sıra müsbət nəticələri üzə çıxarıb. Belə ki, mobil telefonun insanın sağlamlığına mənfi təsir göstərən elektromaqnit şüaları kəskin azalıb. Bu azalma nəticəsində şüaların əmələ gəlməsinə sərf olunan enerji də xeyli azalıb və bu səbəbdən telefon akkumulyatorlarının boşalması müddəti 1,5-3 dəfə artıb.
Elektromaqnit şüaların zəifləməsi bir çox təhlükəli xəstəliklərin törəməsi riskini də əhəmiyyətli dərəcədə azaldıb. Qeyd edək ki, artıq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi BNK-1 TL (Model 1) biokartının sözügedən xüsusiyyətlərə müvafiq olduğunu təsdiq edib, onun insan sağlamlığına faydasını nəzərə alaraq, həmin məhsulun istehsalı və satışı üçün zəruri olan icazə sənədlərini verib. Vizit kartı ölçüsündə olan və cibdə gəzdirmək üçün nəzərdə tutulan bu yeni işləmənin istehsalı Azərbaycan Milli Yaradıcılıq Akademiyasının nəzdində təşkil edilib.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında