Arif Rəhimzadə: Bir qrup müxalifətçi xarici qüvvələrin əlində ucuz alətə çevrilib

"Radikal müxalifət partiyaları indiki fəaliyyətləri ilə Azərbaycanı 1990-cı illərin əvvəlinə qaytarmaq istəyirlər. Ancaq biz bu mərhələni çoxdan keçmişik".
Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
A.Rəhimzadə bildirib ki, heç bir idarəçilik səriştəsi olmayan, siyasi fəaliyyətləri və təcrübələri sıfra bərabər olan bəzi müxalifətçilərin hərəkətləri məntiqsizdir. Onun sözlərinə görə, səs-küy salmaqla ölkədə qarışıqlıq yaratmaq mümkünsüzdür.
"Sabitliyi pozmaq istəyənlər xaricdən maliyyələşirlər. Onlar Azərbaycanın reallıqlarını bilməyənlərdir. Hesab edirlər ki, hansısa qarşıdurmalarla nəyəsə nail ola bilərlər. Amma başa düşmürlər ki, xarici qüvvələrin məqsədi Azərbaycana təzyiq etməkdir, öz maraqlarını təmin etməkdən ötrü ölkəmizə təsir göstərməyə çalışırlar. Bir qrup müxalifətçi isə onların əlində ucuz alətə çevrilib"- deyə A.Rəhimzadə vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında