Bakı polisi və prokurorluğunun rəhbərliyi mitinq komitəsinə xəbərdarlıq edib

Aprelin 17-də paytaxtın Sahil bağında mitinq keçirəcəyini elan edən İctimai Palatanın mitinq komitəsinin üzvləri Asəf Quliyev (AXCP), Hüseyn Məlik (Müsavat), Əli Orucov (AMİP) və Fikrət Cəfərov (KXCP) aprelin 15-də Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar.
Onları Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev, Bakı şəhər prokurorunun müavini Qənimət Səfərov və paytaxt prokurorluğunun idarə rəisi Arif Pənahov qəbul edib.
Əli Orucov "Media forum" saytına açıqlamasında deyib ki, paytaxtın hüquq-mühafizə orqanlarının nümayəndələri İctimai Palatanın mitinqinin Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi yerdə - Səbail rayonunun 20-ci sahə yaşayış massivində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsini təklif ediblər: "Onlar bildirdilər ki, meriyanın icazə vermədiyi yerdə mitinq keçirilməsinin qarşısı alınacaq və baş verənlərə görə təşkilatçılar məsuliyyət daşıyacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında