İsa Qəmbər, antimilli mövqeyindən əl çək!

Müsavat Partiyası Laçın rayon təşkilatının üzvləri qanunsuz aksiyalara ciddi etirazlarını bildirirlər
Müsavat Partiyası Laçın rayon təşkilatının sabiq sədri Əli Quliyev:
- Son illər partiyanın mərkəzi təşkilatının dağıdıcı, radikal mövqe tutması Müsavat Partiyası rayon təşkilatının nüfuzuna böyük təsir etmiş, tərəfdaşlarımız əhali arasında partiyaya olan inamı tamamilə itirmişdir. İldən-ilə partiyanın nüfuzunun həddindən artıq aşağı düşməsini, xalqla aramızda böyük uçurumun yaranmasını nəzərə alaraq bundan sonra Müsavat Partiyası Laçın rayon təşkilatının fəaliyyət göstərməsinə lüzum görmürük. Açıq etiraf edək ki, 2 aprel 2011-ci il tarixdə keçirilən mitinqdə dağıdıcı xarakterli əməllərin törədilməsi, bir qrup gənclərimizin kütləvi iğtişaşlara təhrik edilməsi bizdə bu partiyaya nifrət hissi yaratmışdır. Ona görə də partiyanın rayon şöbəsinin buraxılmasını qərara alırıq. Üzümüzü İsa Qəmbərə tutub deyirik ki, antimilli mövqeyindən əl çək! Bu xalqı iğtişaşlara, qarşıdurmaya çəkdiyim bəsdir.
Mobil Nəsirov - Mən bu partiyaya üzv olarkən fikirləşmişdim ki, müxalifətdə olmaqla dövlətçiliyimizin mənafeyini qorumağa xidmət edəcəm. Düşünürdüm ki, bizim sayəmizdə insanların haqlarını müdafiə etmək və sözümüzü azad ifadə etmək imkanı yaranacaq. Lakin sonralar gördüm ki, bu partiyanın liderləri müstəqilliyimizin, dövlətçiliyimizin əleyhinə təbliğat aparırlar. Onlar yenə də 1992-1993-cü illərdə törətdikləri əməllərlə, xarici havadarlarının diktələri ilə oturub-dururlar. Ölkədə gedən inkişafa qara yaxmaqla əsassız ideyalar irəli sürmələri, heç bir səbəb olmadığı halda, insanları kütləvi iğtişaşlara təhrik etmələri, əhali arasında qarşıdurma, xaos yaradılmasına cəhd göstərmələri sıravi bir partiya üzvü kimi məndə dərin ikrah hissi yaratmışdır. Mən də bu gündən partiya sıralarından istefa verirəm və xalqı iğtişaşlara təhrik edənlərin cəzalandırılmasını tələb edirəm.
Alyoşa Xələfov - Bu gün hər birimiz ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində, xarici ermənipərəst qüvvələrə qarşı mübarizə aparmalı olduğumuz halda, partiyanın bir qrup üzvünün 2 aprel 2011-ci il tarixdə - Kəlbəcərin işğalı günü küçələrə çıxarılmasını heç cür qəbul edə bilmirəm. Mən bunu erməni işğalçıları ilə eyni mövqedə olmağın bir təzahürü kimi başa düşürəm. Ona görə də partiyanın məqsəd və məramını demokratik qaydalara uyğun hesab etmir və bu partiyanın sıralarını tərk edirəm. Hüquq-mühafizə orqanlarından tələb edirəm ki, qanuna tabe olmayanlar ciddi cəzalandırılsın.
Ələddin Pənalıyev: - Son dövrlər xaricdə olan havadarlarının təhriki ilə ölkəmizdə gedən inkişafı, davamlı sabitliyi pozmağa çalışan Müsavat başçısı İsa Qəmbərin canfəşanlığı məni tamamilə utandırır. Mən artıq bu partiyada olmağı özümə bağışlamıram. Yalançı çıxışlar ilə gənclərimizin küçələrə, meydanlara çıxmağa təhrik edilməsi, iğtişaşlar törətməyə cəhdlər məndə bu partiyaya nifrət hissi oyatmışdır. Mən Müsavat Partiyası üzvülüyündən istefa verməklə bu partiyanın ləğv olunmasını və buraxılmasını təkidlə tələb edirəm. Bəyan edirəm ki, bu partiyanın rəhbərləri ermənilərə xidmət edir və onların xarici havadarlarının göstərişi ilə oturub dururlar. Ar olsun belələrinə!
Zülfü Süleymanov:- Mən də partiya rəhbərimizin ermənipərəst qüvvələrə xidmət etməklə dünyada mövcud olan radikal xarakterli cərəyanları dəstəkləməsini və ölkədə xaos, qarşıdurma yaradılmasını son zamanlar başa düşdüm. Ona görə bu partiyadan imtina edirəm. Partiyanın çirkin, yarıtmaz fəaliyyəti nəticəsində əhali arasında nüfuzumuzun aşağı düşməsi ilə heç cür barışa bilmirəm. Həmçinin 2 aprel 2011-ci il tarixdə partiyanın bir qrup üzvünün küçələrə çıxarılması yolu ilə ölkədə yaradılmış sabitliyə xələl gətirilməsi məni qane etmədiyindən partiya sıralarını tərk edirəm. İsa Qəmbərin əməkdaşlıq etdiyi erməni qurumlarla birlikdə ölkədə qarşıdurma yaratmasına heç vaxt yol verməyəcəyik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında