ATƏT Dağlıq Qarabağda hava limanının açılmasından narahatlıq keçirdiyini ifadə etmişdir

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda hava limanının açılmasının doğuracağı təhlükə barədə məlumatlar dünyanın müxtəlif mətbu səhifələrində, o cümlədən Fransanın nüfuzlu "Frans Press" Agentliyində və Parisdə fransız dilində nəşr olunan "Les Nouvelles d'Armenie" ("Ermənistan xəbərləri") jurnalında yer almışdır. 
Fransız mətbuatında dərc edilmiş "ATƏT Qarabağda hava limanının açılmasından narahatlıq keçirdiyini ifadə edir" başlıqlı yazıda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində separatçı rejimin Ermənistanın yardımı ilə hava limanı açılmasının bölgədəki gərginliyi daha da dərinləşdirəcəyi bildirilmişdir. Bununla bağlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun bəyanatla çıxış etdiyi diqqətə çatdırılmışdır. Bəyanatda hava limanının açılışının mövcud gərginliyin daha da artmasına gətirib çıxaracağı xüsusi qeyd edilmişdir.
Bəyanatda Azərbaycan tərəfinin hələ mart ayının ortalarında separatçı qüvvələrin hava limanını istifadəyə verdikləri və ermənilərin işğalı altında olan Dağlıq Qarabağa uçuşlar həyata keçirdikləri təqdirdə həmin təyyarələri vuracağı barədə xəbərdarlığı öz əksini tapmışdır.
Ermənistan prezidenti Serj Sarkisyan regionda hava limanı istifadəyə verildikdən sonra ilk uçuşu həyata keçirəcək təyyarənin sərnişini olacağı barədə yaydığı xəbər də bəyanatda yer almışdır.
Bəyanatda qondarma "Dağlıq Qarabağ hakimiyyəti"nin 1990-cı ilin əvvəllərində baş vermiş münaqişə zamanı bağlanmış hava limanını yenidən qurduqdan sonra may ayında istifadəyə verəcəyi və uçuşları bərpa edəcəyi bildirilmişdir.
Bəyanatın sonunda İran, Rusiya və Türkiyə arasında çox strateji sahədə yerləşən, Cənubi Qafqazda gərginlik mənbəyi olan regionun statusu barədə Azərbaycan və Ermənistan arasında 1994-cü ildə imzalanmış atəşkəs rejimindən sonra indiyə qədər ümumi razılıq əldə edilmədiyi diqqətə çəkilmiş, hava limanının istifadəyə verilməsinin sülh danışıqlarına ciddi təsir edəcəyi vurğulanmışdır.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında