Kürdəmirli gənclər radikal müxalifətin xəyanətkar hərəkətlərinə "yox!" deyirlər

Radikal müxalifətin 2 aprel qanunsuz aksiyalarına etiraz edən Kürdəmir gənclərinin rayon toplantısı keçirilmişdir. 
Tədbir iştirakçıları ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların əziz xatirələrini bir dəqiqəlik sükutla yad etmişlər.
YAP rayon təşkilatının sədri Ağəli Kərimli aprelin 2-də Bakıda radikal müxalifətin qanunsuz aksiya keçirmək cəhdini xatırlatmış, qeyd etmişdir ki, küçələrə çıxıb vətəndaşların asayişini təhlükə altında qoymaqla, şəhərdə əhaliyə xidmət göstərən iaşə və digər obyektlərin şüşələrini qırıb dağıtmaqla iqtidardan nə isə tələb etmək demokratiya deyil, anarxiyadır. Cəmiyyətə açıq hörmətsizlik ifadə edən belə hərəkətlər yolverilməzdir. Qondarma "İctimai Palata" vasitəsilə gənclərin mitinqlərə və dağıdıcı hərəkətlərə təhrik edilməsi Azərbaycan dövlətçiliyinə qarşı xəyanətdir.
Tədbirdə YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Namiq Tarverdiyev, rayon təhsil şöbəsinin inspektoru Xaqani Qurbanov, əməkdar müəllim Rəfael Məmmədov, bildirmişlər ki, biz ölkəmizin parlaq gələcəyinə, inkişafına qarşı çıxanları, antimilli qüvvələr hesab edirik. Natiqlər xüsusi vurğulamışlar ki, bu gün müstəqil dövlətimiz Azərbaycan çox böyük sürətlə inkişaf edir. Əhalinin güzəranı gündən-günə yaxşılaşır. Bunları görməmək qərəzkarlıqdır.
Tədbirdə YAP üzvlüyünə yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilmiş, rayon gənclərinin adından bəyanat qəbul olunmuşdur.
Bəyanatda qeyd edilir ki, radikal müxalifətin antiazərbaycançı qrupların dəstəyi ilə ölkədə xaos yaratmağa cəhd göstərməsi, gəncləri dövlətçiliyə qarşı çıxmağa təhrik etməsi, qanunsuz əməllər törətməsi dərin hiddətimizə səbəb olmuşdur. İctimai Palatanın 2 aprel şousunu dağıdıcılığa hesablanmış antidövlətçilik xəyanəti kimi qiymətləndiririk. Biz anarxiya və xaosa yox deyirik.
Sənəd bu sözlərlə bitir: "Biz Kürdəmir gəncləri bir daha bəyan edirik ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarını böyük uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyevi sevir, dəstəkləyir və ətrafında sıx birləşirik".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında