Zərdab rayonunda müxalifət partiyalarından kütləvi istefalar

APA-nın yerli bürosundan verilən məlumata görə, ADP, Müsavat, AMİP və AXCP-nin yerli rayon şöbəsini son iki gündə ümumilikdə 174 nəfər tərk edib. 
ADP-nin Zərdab rayon təşkilatının sədri Rasim Kərimov başda olmaqla 34 nəfər fəaliyyətini tamamilə dayandırıb.
AMİP-in yerli təşkilatının sədri Namiq Kürçaylı başda olmaqla ümumilikdə 84 üzvdən ibarət olan şöbənin bu partiyanın rayon şöbəsi istefa verib.
AXCP-nin yerli şöbəsindən 28 nəfər, Müsavatdan isə 12 nəfər istefa ərizəsi yazıb.
Onlar bəyanatlarında bu ilin martından üzü bəri bir qrup gəncin müxalifət partiyalarının sədrlərinin təsiri altına düşərək ictimai asayişi pozmasını, sosial və xidməti obyektlərə ziyan vurmalarını pisləyib, partiyaların ölkədə sabitliyi pozmağa cəhddə ittiham ediblər. İstefalarını da partiya rəhbərlərinin pozuculuq fəaliyyətinə və xarici qüvvələrin təsiri altında olmasına etirazları ilə əlaqələndiriblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında