Mübariz Qurbanlı: Siyasi prosesdə hər hansı qanunsuz hərəkət "bumeranq" effekti ilə Azərbaycana zərbə vura bilər

"Azərbaycan hüquqi dövlətdir və hər bir vətəndaş, siyasi təşkilat hüquqa, qanunlara tabe olmalıdır". Bunu yap.org.az saytına açıqlamasında radikal müxalifətin icazəsiz mitinq keçirmək cəhdinə münasibət bildirən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində bütün sahələrdə irəliləyişə nail olub: "Bu gün Azərbaycan xalqının qarşısında duran ümdə vəzifələrdən biri Ermənistanın davam edən təcavüzünün qarşısını almaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. Hamıya aydındır ki, bizim mövqeyimizin Ermənistan üzərində üstünlüyü iqtisadi siyasətimizlə daha sıx bağlıdır. Çünki Azərbaycan iqtisadi göstəricilərinə görə Ermənistanı dəfələrlə üstələyə bilib".
Ölkəmizdə iqtisadi inkişafın davamlı olması üçün ictimai-siyasi sabitliyin qorunmasının əhəmiyyətini qeyd edən M.Qurbanlı radikal müxalifətin dağıdıcı fəaliyyətinin Azərbaycanın iqtisadi, siyasi maraqlarına zidd olduğunu vurğulayıb: "Radikal müxalifətin Bakı şəhərində sabitliyi pozmağa yönələn hərəkətləri, əslində qarşımızda duran ümumi məsələlərin həllinə mane olmaq məqsədi daşıyır. Dolayısı ilə, müxalifətin sabitliyi pozmaq cəhdləri düşmən qüvvələrin mənafeyinə xidmət edir. Siyasi prosesdə hər hansı qanunsuz hərəkət "bumeranq" effekti ilə Azərbaycana zərbə vura bilər".
YAP rəsmisi, həmçinin, bildirib ki, Azərbaycan vətəndaşları radikal müxalifəti müdafiə etmir: "Çünki hər bir Azərbaycan vətəndaşı başa düşür ki, ölkəmizdə sabitliyə vurulan zərbə vətənin maraqlarına vurulan zərbədir. Ona görə də, radikal müxalifətin Bakıda aprelin 17-də keçirməyi planlaşdırdığı mitinq və ya siyasi aksiya vətəndaşlar tərəfindən dəstəklənmir. Əminəm ki, vətəndaşların dəstəyini ala bilməyən həmin qrup növbəti dəfə iflasa uğradığının şahidi olacaq.
Biz Yeni Azərbaycan Partiyası olaraq qeyri-qanuni siyasi aksiyaların əleyhinəyik və Azərbaycanın hüquq-mühafizə orqanları da haqlı olaraq icazəsiz aksiyaların qarşısını almaq üçün qanun çərçivəsində verilən imkanlardan istifadə edir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında