AXCP, AMİP və Müsavat partiyaları Laçın rayon təşkilatlarının BİRGƏ BƏYANATI

Biz, AXCP, AMİP və Müsavat partiyalarının Laçın rayon təşkilatları təmsil olunduğumuz partiya liderlərinin təşkilatçılığı ilə 2 aprel 2011-ci il tarixdə Bakı şəhərində keçirilən qanunsuz küçə yürüşlərini, dağıdıcı xarakter alan aksiyaları qətiyyətlə pisləyir, bunu sivil və demokratik yolla mübarizə aparılması prinsipinə uyğun hesab etmir, ölkəmizdə mövcud olan sabitliyin pozulmasına cəhd kimi qiymətləndiririk.
Heç də bu proseslər bizi təəccübləndirmir. Yalnız bir daha əmin oluruq ki, onların keçmişinə və fəaliyyətlərinə yaxşı bələd olan partiyanın yaşlı və orta nəsil üzvləri arasında öz tərəfdarlarını tamamilə itirən, bu partiyaları parçalanmaya məruz qoyan müxalifət liderlərimiz ancaq bir qrup gənci yalan vədlərlə aldatmaqla öz çirkin əməllərini həyata keçirməyə cəhd göstərirlər.
Təmsil olunduğumuz partiyaların liderlərinin radikal xarakterli cərəyanları dəstəkləməsini və bu istiqamətə yuvarlanmasını qəbul edə bilmir, belə hərəkətləri xalqımıza və dövlətimizə xəyanət hesab edirik. Bu cür hadisələr bizdə təəssüf və ikrah hissi doğurur.
Dərin peşimançılıq hissi ilə qeyd edirik ki, partiya liderlərimizin bəyan etdikləri məqsədləri ilə əməllərinin bir-birinə ziddiyyət təşkil edəcəyini əvvəlcədən bilsəydik, heç bu partiya sıralarına daxil olmazdıq. Aqressiv və azğın hərəkətləri ilə xalqla aramızda dərin uçurum yaradan belə nüfuzu tamamilə itirilmişdir.
Birmənalı şəkildə qeyd edirik ki, əsl vətənpərvər, Azərbaycan reallıqlarını olduğu kimi dərk edən hər bir ölkə vətəndaşı əqidəsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq 20 illik tarixi yol keçmiş, xalqımızın qanı və canı bahasına əldə edilmiş dövlət müstəqilliyinin qorunmasına və daha da möhkəmləndirilməsinə xidmət etməlidir.
Bu gün hər bir Azərbaycan vətəndaşı ölkəmizin bir nömrəli problemi olan Qarabağ probleminin həlli haqqında düşünməli olduğu halda, qeyri-sivil yolla hakimiyyət uğrunda mübarizə aparılması qatı düşmənlərimiz olan ermənilərin və onların xarici havadarlarının maraqlarına xidmət göstərir. Xüsusilə, Kəlbəcərin işğalı günü küçə iğtişaşları törətməklə əhalinin kütləvi aksiyalara təhrik edilməsi biz - məcburi köçkünlərdə təmsil olunduğumuz partiyalara qarşı dərin nifrət və qəzəb hissi yaratmışdır.
İndi belə radikal partiya üzvləri ilə bir sırada olmağımızdan xəcalət hissi keçirir, özümüzə ar bilirik. Onlarla birlikdə olmağı artıq amalımıza və məqsədimizə uyğun hesab etmir və daxil olduğumuz partiyaların sıralarını bu gündən tərk etdiyimizi və təmsil olunduğumuz partiyaların rayon təşkilatlarının fəaliyyətinin buraxıldığını bəyan edirik.
Belə partiya liderlərinin yarıtmaz fəaliyyəti ucbatından keçmişdə buraxdığımız səhvləri aradan qaldırmaq üçün əgər qəbul olunarıqsa, bundan sonrakı siyasi fəaliyyətimizi xalqımızın arxalandığı Yeni Azərbaycan Partiyasının sıralarında davam edirmək istəyimizi bildiririk.

{nl}

AXCP, AMİP və Müsavat partiyaları Laçın rayon təşkilatlarının sabiq sədrləri Ə.Quliyev, M.Vəliyev, A.İsayev

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında