Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanına yola düşəcəkdir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə aprelin 16-da Səudiyyə Ərəbistanına yola düşəcəkdir. 
QMİ-nin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 23-dək davam edəcək səfər zamanı A.Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi ilə növbəti Həcc mövsümü ilə bağlı danışıqlar aparacaqdır.
Krallığın Məkkə, Ciddə və Mədinə şəhərlərində yerləşən müvafiq qurumlar ilə görüşlər zamanı azərbaycanlı zəvvarların Həcc ziyarəti ilə bağlı bütün məsələlər müzakirə olunacaqdır.
Müzakirələrin nəticəsi olaraq QMİ ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol və müqavilələr imzalanacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında