"Yaxın Şərqdə dəyişən güc balansı" mövzusunda "dəyirmi masa"da bu bölgədə cərəyan edən proseslər müzakirə olunmuşdur

Aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Yaxın Şərqdə dəyişən güc balansı" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
SAM direktorunun müavini Gülşən Paşayeva Yaxın Şərq regionu ilə bağlı müzakirə olunacaq əsas məsələlər haqqında danışmışdır.
Tədbirdə ABŞ-ın nüfuzlu "Stratfor" Araşdırmalar Mərkəzinin prezidenti Corc Fridman məruzə ilə çıxış etmişdir. Qonaq Yaxın Şərq regionunun beynəlxalq münasibətlərdə yeri və rolu, bölgədə son aylarda baş verən proseslər, dünya dövlətlərinin Yaxın Şərq hadisələrinə münasibəti kimi məsələlərə toxunmuşdur.
"Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru Fyodor Lukyanov tədbirdə çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşmüşdür.
F.Lukyanov xüsusən son dövrlərdə Yaxın Şərq regionunda baş verən hadisələrə Rusiyanın münasibəti, bölgədə cərəyan edən siyasi proseslər, bu proseslərin beynəlxalq əlaqələrə təsiri və regionun gələcək durumu haqqında məruzə ilə çıxış etmişdir.
"Dəyirmi masa"da Prezident Administrasiyasının, Azərbaycan Diplomatik Akademiyasının və SAM-ın məsul əməkdaşları, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında