AŞPA-da Ermənistan silahlı qüvvələri tərəfindən 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı bəyanat imzalanmışdır

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan silahlı qüvvələri tərəfindən 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı bəyanat imzalanmışdır. 
Bəyanatda deyilir ki, martın 8-də Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında qurduqları mövqelərindən Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evinin həyətində oynayan zaman snayperlə nişan alaraq qətlə yetirmişlər. Azyaşlı uşağın bu cür faciəli surətdə qətlə yetirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, həm də insanlıq faciəsidir.
Sənəddə qeyd edilir ki, bu faciə regionda onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin tez-tez pozulması, Azərbaycanın mülki vətəndaşlarının hədəfə alınması beynəlxalq hüququn pozulması ilə yanaşı, bu ölkə tərəfindən AŞPA-nın 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnamə də daxil olmaqla Avropa Şurası (AŞ) qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl edilməməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqların ciddi şəkildə pozulması deməkdir.
Bəyanatı imzalayan deputatlar Fariz Bədəlovun Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsini kəskin şəkildə pisləmiş və Ermənistandan cinayətkarların cəzalandırılmasını, mülki insanları snayperlərlə hədəfə almaqdan əl çəkməsini, münaqişənin həll ilə bağlı AŞ qarşısında götürdüyü öhdəliklərə əməl etməsini, işğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını geri çəkməsini və bir milyondan artıq qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarına imkan verməsini tələb etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında