"Azadlıq" qəzetinin yazdıqları böhtan və yalandır

14 aprel 2011-ci il tarixdə "Azadlıq" qəzetində mənim adımdan "Dövlət məmuru siyasi hakimiyyəti necə ifşa etdi?" adlı məqalə dərc edilmişdir.  
Məqalədə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun müxalifətə düşmən münasibət bəsləməsi, onun müşavirə keçirərək onların əleyhinə çıxış etməsi, insanların zorla televiziyaya aparılaraq müxalifət əleyhinə çxışların təşkil edildiyi, indiyədək keçirilən seçkilərin saxta olduğu bildirilmiş, mənim aprelin 17-də müxalifətin keçirmək istədiyi mitinqdə rayonuuzun əhalisinin iştirakına çağırış etdiyim göstərilmişdir. Bununla əlaqədar bildirirəm ki, mənim bu məqalədən xəbərim yoxdur, məqalə başdan-başa iftira, yalan və böhtandan ibarətdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı R.Cəbrayılov qəzetin yazdığı məsələ ilə əlaqədar heç bir müşavirə keçirməmişdir və mən məqalədə göstərildiyi kimi şöbə müdiri yox, baş məsləhətçiyəm, rayon əhalisini də heç vaxt mitinqdə iştiraka çağırmamışam.
Məqalənin sonunda etiraf edirlər ki, bu yazının mənə aid olub-olmadığını bilmirlər. Mənim yalandan müəllif kimi göstərilməyim mənəviyyatsızlıq deyilmi?! "Azadlıq" qəzetinin əməkdaşları belə əməlləri ilə insanları şərləmək, onları bir-birinə qarşı qoymaq, ölkədə yaranan sabitliyi pozmaq niyyətlərini bir daha təsdiqləmiş olurlar. Ar olsun belə insanlara, onlar mətbuatın adına ləkə gətirirlər.
Xalq onları yaxşı tanıyır və yazdıqlarının da böhtan və yalan olduğunu çox yaxşı bilir.
Mən bir vətəndaş kimi, bir laçınlı kimi Yeni Azərbaycan Partiyasının siyasi xəttini, cənab Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasəti ürəkdən bəyənir, ölkəmizdə gedən inkişafı, əhalinin, eləcə də biz məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən görülən tədbirləri alqışlayıram. Biz inanırıq ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın vaxtlarda bütün işğal olunmuş ərazilərimiz azad ediləcək və məcburi köçkünlər öz torpaqlarına qayıdacaqlar.
Radikal müxalifət və himayələrində olan qəzetlər ölkəmizdəki inkişafı görmək istəmir, yalnız hərc-mərclik, xaos yaratmaq istəyirlər. Bu onların köhnə peşəsidir. Onlar gənclərin beynini öz çürük ideyaları ilə zəhərləmək və insanları şərləməklə heç bir şeyə nail ola bilməyəcəklər. Belələrinin xalq arasında heç bir nüfuzu yoxdur.
Mən bir azərbaycanlı kimi müxalifətin təxribat xarakterli hərəkətlərini pisləyir və əmin edirəm ki, ölkəmizin inkişafı naminə əlimdən gələni əsirgəməyəcəyəm.

{nl}

Asif HÜSEYNOV, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati-ərazi idarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında