Azərbaycan Dövlət Neft Akademiyasında törədilən qanlı hadisədən bir il keçir

Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında törədilən qanlı hadisənin bir ili tamam olmuşdur. Hadisənin ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Neft Akademiyasında anım mərasimi keçirilmişdir.
Mərasimdə təhsil naziri Misir Mərdanov, akademiyanın rektoru Siyavuş Qarayev, eləcə də tələbə və müəllim heyəti iştirak etmişdir.
Hadisə nəticəsində qətlə yetirilənlərin xatirəsi ali təhsil ocağının foyesində qoyulan anım lövhəsi qarşısında bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra təhsil naziri Misir Mərdanov faciə zamanı həlak olanların ailələrinə başsağlığı vermiş və bildirmişdir ki, ölənlərin adlarının əbədiləşdirilməsi istiqamətində lazımi işlər görülür.
Misir Mərdanov demişdir ki, bu hadisə Azərbaycana, onun xalqına, millətinə qarşı törədilən qanlı cinayətdir. Azərbaycan xalqı müdrik xalqdır və belə hadisələr onu sındıra bilməz. Xalqımız son yüzillikdə dəfələrlə belə, hətta bundan da ağır hadisələrlə qarşılaşmış, ona mərdliklə sinə gərmişdir. Həmin günün ağrı-acısını unutmayan müəllim və tələbələr də öz fikirlərini söyləmişlər.
Nazir və akademiyanın rəhbərliyi hadisənin baş verdiyi mərtəbələri gəzmişlər.
Akademiyada ölənlərin ruhuna ehsan verilmişdir.
Xatırladaq ki, 2009-cu il aprelin 30-da baş verən dəhşətli hadisə zamanı 12 nəfər qətlə yetirilmiş, 13 nəfər yaralanmışdır. Gülləyə tuş gələnlər içərisində professor, laborant, tələbə və müəllimlər olmuşdur. Hadisədən dərhal sonra Respublika Prokurorluğunun apardığı istintaq tədbirləri nəticəsində məlum olmuşdur ki, cinayəti törədən 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında