Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icmasının gəncləri sosial şəbəkələrə, "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinə etiraz edirlər

Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icmasının gəncləri sosial şəbəkələrdə və bəzi müxalifət qəzetlərində verilmiş və etik normalara sığmayan materiallara etirazlarını bildirərək bəyanat yaymışlar.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyindən AzərTAc-a daxil olmuş bəyanatda müasir dövrdə Azərbaycanın öz inkişafının yüksəliş mərhələsində olduğu, onun daxili işlərinə qarışmağa cəhd göstərənlərin qanunla cəzalandırılacağı bildirilir. Xüsusi vurğulanır ki, Azərbaycanda əhalinin, ayrı-ayrı təbəqələrin narahatlığına və narazılığına, eləcə də kütləvi aksiyalara səbəb ola biləcək hal yoxdur.
Bəyanatda deyilir: "Azərbaycan gəncliyi ölkəmizi böyük iqtisadi inkişaf yoluna çıxarmış ümummilli liderimiz Heydər Əliyev siyasətini və bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevi dəstəkləyir və onun ətrafında sıx birləşmişdir. Eyni zamanda, cəmiyyətdə baş verən proseslərin önündə gedən gənclər dövlətçiliyimizə qarşı yönəlmiş istənilən təxribatların qarşısını almağa qadirdir və son aksiya da bir daha göstərdi ki, gənclərimiz xalqımızın düşmənləri ilə əlbir olan, milli xəyanəti öz fəaliyyətinin prioriteti elan edən siyasi qüvvələrə yox deyir".
Müəlliflər Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirildiyini qeyd edir, diqqətə çatdırırlar ki, radikal müxalifətin gənclərdən yararlanmaq niyyəti baş tutmayacaq. Normal təfəkkürlü, millətinin və dövlətinin maraqlarını bütün mənafelərdən üstün tutan gənclər onların arxasınca getmir və ağı qaradan ayırmağı bacarırlar.
Yaxşı bilirlər ki, bu qüvvələr alternativ ideya və proqramlarla çıxış etmək əvəzinə öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində qurmağa, ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Ona görə də dövlət başçısının ətrafında sıx birləşmək, apardığı böyük işlərdə ona dəstək olmaq ümummilli vəzifədir.
Bəyanat bu sözlərlə bitir: "Müxalifət qüvvələrinin mitinq çağırışları obyektiv reallıqdan qaynaqlanmadığı üçün insanları çaşdıra, aydın fikirli fəal vətəndaşları tutduqları dövlətçilik mövqeyindən yayındıra bilməz. Ona görə də biz, öz yurdlarından məcburən köçkün düşmüş insanlar hesab edirik ki, radikal müxalifətin qeyri-qanuni mitinq keçirmək cəhdləri yolverilməzdir və bunların qarşısı qətiyyətlə alınacaqdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında