Azərbaycanın Avstriya ilə ədliyyə sahəsində əlaqələri uğurla inkişaf edir

Aprelin 14-də ədliyyə naziri Fikrət Məmmədov Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiç ilə görüşmüşdür. 
Azərbaycan və Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirən F.Məmmədov hüquqi sahədə də səmərəli əlaqələrin qurulduğunu vurğulamışdır. Nazir ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsini, o cümlədən penitensiar infrastrukturun təkmilləşdirilməsini, bu islahatlarda həm də avstriyalı mütəxəssislərin iştirakını qeyd etmişdir.
Avstriyanın respublikamızla hərtərəfli, o cümlədən hüquqi əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyən qonaq iki ölkənin ədliyyə nazirlikləri arasında səmərəli əlaqələri təqdir etmiş, bu münasibətlərin dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.
Azərbaycanın ədliyyə nazirini Avstriyaya səfərə dəvət edən səfir qarşılıqlı fəaliyyətə dair bir sıra konkret təkliflər irəli sürmüşdür.
Görüşdə ədliyyə, məhkəmə qərarlarının icrası, alternativ cəzaların tətbiqi, xüsusi notariusların fəaliyyəti və hakimlərin təlimi məsələləri müzakirə olunmuşdur.
Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında