SAM-ın xarici əlaqələri genişlənir

Aprelin 14-də Almaniyanın Humbolt-Berlin Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdiri, professor Eva Mariya Aux Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olmuşdur. 
SAM-ın direktor müavini Gülşən Paşayeva qonağa mərkəzin fəaliyyəti, nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər, layihələr barədə ətraflı məlumat vermişdir.
Humbolt Universitetinin "Azərbaycan tarixi" kafedrasında ölkəmizin tarixi və mədəniyyətinin tədrisi barədə danışan Eva Mariya Aux bildirmişdir ki, tələbələrin Azərbaycanı daha yaxından tanımaları üçün bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırılır.
Almaniyalı qonaq G.Paşayevanı Humbolt Universitetində mühazirə oxumağa dəvət etmişdir.
Görüşdə Azərbaycan ilə Almaniya arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilərək, bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunmuşdur. Humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə iki ölkənin "beyin mərkəzləri" arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.
Bundan əlavə, görüşdə regional və beynəlxalq, eləcə də bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında