Təxirəsalınmaz tədbirlər görülür

27-28 aprel 2010-cu il tarixlərdə yağan güclü leysan yağışları, Kür, Göyçay və Türyançay çaylarında suyun səviyyəsinin həddindən çox artması səbəbindən yaranan təbii fəlakət nəticəsində Zərdab rayonu ərazisində vətəndaşların fərdi yaşayış evlərinə və ictimai binalara ciddi ziyan dəymiş, acınacaqlı vəziyyət yaranmışdır. Şəhər mərkəzində vətəndaşlara məxsus fərdi həyətlərin 80 faizi su içərisindədir.
Daxili imkanlar hesabına 15-dən çox böyük həcmli, vətəndaşlar tərəfindən isə 100-ə qədər kiçik həcmli suçəkən nasos vasitəsilə həyətlərdəki sular kollektora axıdılır. Lakin görüləsi tədbirlər rayonun imkanları daxilində deyildir. Təxirəsalınmaz tədbirlərin görülməsi zəruridir.
28 aprel 2010-cu il tarixdə Fövqəladə Hallar Nazirliyinin Ağdam Regional Şöbəsinin rəisi Akif Orucovun rəhbərliyi ilə 20 nəfərdən ibarət şəxsi heyət rayona gəlmişdir. Bundan başqa, rayona 4 ədəd suçəkən nasosu, Ucar və Ağcabədi rayonlarının hər birindən bir ədəd yanğınsöndürmə maşını gətirilmişdir.

{nl}

Z.SULTANOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında