Cari ilin birinci rübündə Konstitusiya Məhkəməsinə daxil olmuş ərizə və şikayətlərlə bağlı 5 qərar və qərardad qəbul edilmişdir

Cari ilin birinci rübündə daxil olmuş ərizə və şikayətlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 5 qərar və qərardad qəbul edilmişdir. 
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, Baş Prokurorluğun sorğusu və Bakı Apellyasiya Məhkəməsinin müraciəti Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmişdir. Sorğuya və müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq aprelin 19-na və 20-nə təyin edilmiş iclaslarında baxılacaqdır.
Bu ilin ilk üç ayı ərzində Konstitusiya Məhkəməsinə 488 ərizə və şikayət daxil olmuşdur. Məhkəmə aktlarından 136 şikayət Konstitusiya Məhkəməsi palatalarının iclaslarında müzakirə olunması və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7-ci və 52-ci maddələrində nəzərdə tutulmuş qaydada həll edilməsi üçün hakimlərə verilmişdir.
Məhkəmə aktlarından verilən şikayətlər mülki, mənzil, ailə, vergi, əmək və s. münasibətlərdən irəli gələn mübahisələrlə əlaqədardır.
Yanvar-mart ayları ərzində daxil olan 129 ərizə və şikayət Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına; 223 ərizə və şikayət üzrə isə vətəndaşlara Konstitusiya Məhkəməsinin səlahiyyətləri izah olunmaqla, ərizədə göstərilən məsələ ilə bağlı müvafiq dövlət orqanlarına və ya ümumi yurisdiksiyalı məhkəmələrə müraciət edilməsi barədə cavab məktubu göndərilmişdir.
Konstitusiya Məhkəməsinə daxil olmuş ərizə və şikayətlərdə yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə orqanları, həmçinin vəzifəli şəxslər tərəfindən vətəndaşların pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməməsi barədə məlumat verilir.
Konstitusiya Məhkəməsi Aparatının vətəndaşların qəbulu və şikayətlər şöbəsinin əməkdaşları məhkəməyə şəxsən müraciət etmiş vətəndaşları şikayətlərdə göstərilən məsələlərlə əlaqədar mütəmadi şəkildə qəbul edərək onlara müvafiq izahlar vermişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında