YAP Gənclər Birliyinin üzvləri Əli Kərimlinin evinin qarşısında növbəti aksiya keçiriblər

Bu gün bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı evin qarşısında növbəti dəfə etiraz aksiyası keçirib.
APA-nın məlumatına görə, əksəriyyəti Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri olan aksiya iştirakçıları Ə. Kərimlini Azərbaycanda xaos yaratmaqda, bu işdə gənclərdən istifadə etməkdə günahlandırıb.
İştirakçılar Azərbaycanda radikal müxalifətə yer olmadığını deyərək "Milli maraqlarımızı satan Əli Kərimliyə ar olsun!", "Vətən xainlərinə ar olsun!", "Əli Kərimliyə yox deyirik!", "Azərbaycan gəncləri Əli Kərimli kimi təxribatçılara yox deyir!", "Ermənipərəst Əli Kərimliyə ar olsun!" "Əli Kərimli, Azərbaycandan rədd ol get!" və digər bu kimi şüarlar səsləndirib və plakatlar tutublar.
Aksiya iştirakçıları Azərbaycan gənclərinin prezident İlham Əliyevi dəstəklədiyini də deyib və "Azərbaycan, Azərbaycan", "Yaşasın Azərbaycan Respublikası və onun prezidenti!" kimi şüarlar da səsləndiriblər.
Əraziyə gələn Nəsimi rayon Polis İdarəsinin əməkdaşları aksiyanı dağıdıblar. Aksiya iştirakçılarından 5-i saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb.
Qeyd edək ki, bundan əvvəl də analoji aksiyalar bir neçə dəfə keçirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında