Sifarişli mitinqlərin xalqa faydası yoxdur

Ulu öndərimiz Heydər Əliyevin və onun müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz zəhmətləri bahasına Azərbaycanın müstəqilliyi əbədi olmuş, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuşdur.
"Avropada filan şey belədir, amma bizdə niyə elə deyil" - deyənlər yaddan çıxarmamalıdırlar ki, inkişaf etmiş ölkələrin hərəsinin neçə əsrlik təcrübələri var, biz isə müstəqillik yolunda yenicə irəliləyirik. Hər bir vətəndaşımız Azərbaycanımızın əsrlər boyu əsarətdə olduğunu unutmamalı və fəaliyyətindən, əqidəsindən, ictimai-siyasi fikirlərindən asılı olmayaraq, Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə xidmət etməlidir.
Son vaxtlar şahidi olduğumuz icazəsiz mitinqlər və kütləvi iğtişaş çağırışları xalqını sevən hər bir şəxs kimi bizdə də təəssüf hissindən başqa heç nə oyatmır. Şəxsən mən "Facebook" və digər sosial şəbəkələr vasitəsi ilə təbliğatı aparılan icazəsiz mitinq barəsində məlumatla tanış olanda fikirləşirdim ki, görəsən, bu çağırışları düzənləyən partiyaların sədrləri və öndə gedənləri mitinqə qatılacaqlarmı? Əvvəllər olduğu kimi, bu dəfə də qatılmadılar. Mən üzümü insanları icazəsiz aksiyaya çağıranlara tutub deyirəm ki, əgər sizin haqqında danışdığınız amal və hədəfləriniz doğrudan da ülvi və yüksəkdirsə, bəs onda nədən qorxursunuz? Niyə xalqı mitinqə səsləyir, özünüz isə qaçıb gizlənirsiniz? Neçə-neçə gənclərimizin başını doldurub onları çirkin oyunlarınıza qurban verirsiniz...
Radikal müxalifətin çağırışlarına səs verən siyasi təfəkkürü zəif olan, ictimai vərdişləri olmayan cavanlardan gələcəkdə nə ölkəsini dünya birliyində layiqli təmsil edən diplomat, nə də vətənin rifahına xidmət edən vətəndaş yetişər.
Artıq biz tam əmin olmuşuq ki, icazəsiz mitinqlər xaricdən gələn sifarişlərdir. Bu sifarişi yerinə yetirənləri isə xalqın, Vətənin taleyüklü problemləri yox, öz şəxsi mənafeləri düşündürür.
Mən üzümü bütün gənclərimizə tutub deyirəm ki, gəlin kiminsə mənafeyi üçün yox, Vətənimizin çiçəklənməsi naminə səfərbər olaq! Belə mitinqlər nə müxalifətə, nə də xalqa fayda verər.

{nl}

Riyad MƏMMƏDZADƏ, "Yeni iz" İctimai Birliyinin sədri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında