Azərbaycanda Beynəlxalq Meşələr İlinin rəsmi açılışı oldu

Meşələrin dünyada 1,6 milyard insanın yaşayışını, milyonlarla flora və fauna növü üçün həyat sahəsini təmin etməsi, o cümlədən iqlim dəyişikliyinin mənfi nəticələrinin qarşısının alınmasında oynadığı mühüm rolu nəzərə alınaraq BMT-nin Baş Assambleyası 2011-ci ili Beynəlxalq Meşələr İli elan etmişdir. Əsas mövzusu "İnsanlar üçün Meşələr" olan Beynəlxalq Meşələr İlinə rəsmən 2 fevral 2011-ci il tarixində start verilmişdir. 
Beynəlxalq Meşələr İli Azərbaycanda da meşəbərpa tədbirlərinin daha geniş miqyasda aparılması ilə müşayiət olunur. Bununla əlaqədar cari ildə ekologiya və təbii sərvətlər nazirliyi tərəfindən 10500 hektar sahədə meşəbərpa tədbirləri, 161 ton toxum tədarükü və 30 milyon ədəd əkin materiallarının yetişdirilməsi nəzərdə tutulmuşdur.
Beynəlxalq Meşələr İlinin Azərbaycanda rəsmi açılışı ilə əlaqədar 2 aprel 2011-ci il tarixində Sabunçu dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun Suraxanı dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yolun sol tərəfində iməcilik təşkil olunmuşdur.
İməcilikdə ekologiya və təbii sərvətlər naziri başda olmaqla nazirliyin əməkdaşları, BMT-nin ölkə üzrə rəhbərliyi və QHT nümayəndələrinin iştirakı ilə 5 hektar sahədə 4000 ədəd zeytun ağacı əkilmişdir. Bütövlükdə 60 hektar ərazidəki bataqlıq sahəyə 1050 min kubmetr torpaq gətirilərək qurudulmuş və 39 hektar ərazidə artıq zeytun ağacları əkilmişdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında