Xırdalanda nümunəvi məhəllələrin sayı artır

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə icrasına başlanılan “Nümunəvi məhəllə” layihəsi çərçivəsində abadlıq-quruculuq işləri yüksək templə davam etdirilir.

Məqsəd rayon ərazisində, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, evləri, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni-yeni yaşıllıq zolaqları yaratmaq, rayonu abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu təmin etməkdir.

Xırdalan şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində qanunsuz çəpərləmələrdən, yöndəmsiz köşklərdən, məhəllələrin daxilində uşaq meydançalarının və sakinlərin istirahət üçün nəzərdə tutulmuş yerlərdə səliqəsiz formada tikilmiş fərdi qarajlardan azad olunan ərazilərin siması bu gün dəyişməkdədir. Təmizlənən ərazilərin yerində istirahət guşələri, uşaq meydançaları, kölgəliklər yaradılır. 

Hazırda bu iş 27-ci məhəllədə çoxmərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə Abşeron Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılır. Bu ünvanlarda yeni layihə əsasında istirahət mərkəzi, uşaq əyləncə kompleksi yaradılır. 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında