Zorakılığa "yox" deyirik!

1994-cü ildən Azərbaycan Milli İstiqlal Partiyasının üzvüyəm. Əvvəllər bu partiyanın xalqımızın gələcəyi üçün nəsə bir iş görəcəyinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində qətiyyətli addımlar atacağına inanırdım. 
Ancaq sonrakı hadisələr göstərdi ki, bu partiyanın məqsədi hakimiyyəti qeyri-sivil yolla ələ keçirmək imiş. Partiyanın sədri ancaq öz ambisiyalarını düşünür , Vətənimizdə sabitliyi və inkişafı istəməyən ayrı-ayrı qüvvələrin əlində oyuncağa çevrilib. Son hadisələr, xüsusilə aprelin 2-də keçirilən qeyri-qanuni aksiya göstərdi ki, radikal mövqedə olan siyasi partiyalar nəyin bahasına olursa-olsun ölkədə qarışıqlıq yaratmaq, bu yolla hakimiyyətə gəlmək istəyirlər. Ona görə də mən Azərbaycan Milli İstiqlal Partiyasından istefa verdiyimi bəyan edirəm. Mən hər hansı bir zorakılığa "yox" deyirəm. Dağıdıcılarla bir sırada qalmaq istəmirəm.
Başda möhtərəm İlham Əliyev olmaqla Azərbaycan iqtidarının apardığı daxili və xarici siyasəti bəyənirəm. Yeni Azərbaycan Partiyasına qəbul olunmaq üçün Qəbələ rayon təşkilatına müraciət etmişəm. Ümidvaram ki, bu arzuma müsbət cavab veriləcək.

{nl}

Rüstəm İSLAMOV, Qəbələ rayonu, Kiçik Pirəli kəndi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında