Dövlətçiliyə qarşı çıxanlarla bir sırada olmağı qəbul etmirəm

Mən əyalətdə yaşayan və mərkəzi daha yaxşı görən bir Azərbaycan vətəndaşı kimi demək istəyirəm ki, xalqımız əli kərimlilərdən, isa qəmbərlərdən, İctimai palata adlı araqarışdıranlar yığnağı düzəldənlərdən tamamilə bezib. Xalqımız onlardan heç zaman xeyir tapmayıb. Belələri heç zaman xeyirxah əməl sahibi olmayıblar, ölkəmizin yüksəlişinin, əmin-amanlığının, əhalinin yaxşı yaşamasının, sabitliyin tərəfdarı olmayıblar. 
Onda təskinlik tapıram ki, biz öz rayonumuzda mərkəzdəkiləri təkrar etməmişik. Dövlətə, hakimiyyətə müxalif olmamışıq. Fikir müxtəlifliyi, siyasi baxışlarda müxaliflik olub. Bu da Azərbaycanda demokratiyanın, söz və fikir azadlığının təmin olunmasının təzahürüdür.
Müstəqilliyimizə, dövlətçiliyimizə, əmin-amanlığa qarşı çıxanların icazəsiz aksiya keçirmələrini pisləyirəm. Biz demokratik bir ölkədə yaşayırıq. Hər şey - mitinqlər, küçə yürüşləri, hakimiyyət uğrunda mübarizə sivil yolla, qanun çərçivəsində aparılmalıdır. Neçə illərdir ki, üzvü olduğum Müsavat Partiyası və onun başqanı İsa Qəmbər isə zorakılıqdan, qeyri-sivil yoldan əl çəkə bilmir. Aprelin 2-də bunun bir daha şahidi olduq. Mən qeyri-konstitusion yolla aparılan mübarizənin əleyhinəyəm və kimlərinsə bu yolla hakimiyyətə gəlməsini məqbul hesab etmirəm. Ona görə də İsa Qəmbərin və Müsavat partiyası funksionerlərinin tutduğu zorakılıq yoluna etiraz edərək bu partiyadan istefa verirəm.

{nl}

Seyid Əmiralı Əliyev, Zaqatala rayonu, Müsavat partiyasının sabiq üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında