Radikal müxalifət partiyalarının daha 13 rayon təşkilatı özünü buraxdı

Partiyalardan istefa verənlərin sayı isə 1024 nəfərə çatdı

{nl}

SİA. "Səs" İnformasiya Agentliyi xəbər verir ki, radikal müxalifətin ictimai-siyasi sabitliyi pozmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdlərinə etiraz əlaməti olaraq respublikanın daha 11 şəhər və rayonunda radikal müxalifət partiyalarının 13 yerli təşkilatı özünü buraxdığını bəyan edib.
Müsavat partiyasının Laçın, Lerik, Samux, AXCP-nin Xocalı, Şəmkir, AMİP-in Ağdaş, Balakən, İsmayıllı, Qusar, Laçın, Lerik, ADP-nin Şabran və Xalq partiyasının Şirvan rayon təşkilatı özlərini buraxıblar.
Ümumilikdə, son iki gündə respublikanın 30 şəhər və rayonunda radikal müxalifət partiyalarının 33 rayon təşkilatı özlərini buraxdıqlarını bəyan ediblər.
Aprelin 5-dən başlayaraq radikal müxalifət partiyalarının sıralarını kütləvi tərketmə halları bu gün də davam edir. Aprelin 12-də Müsavat, AXCP, AMİP və KXCP-nin ümumilikdə 31 üzvü təmsil olunduqları qurumların sıralarından çıxdıqlarını bəyan ediblər.
Xatırladaq ki, son 7 gündə Müsavat, AXCP, AMİP, KXCP, Ümid, ALP, ADP və Xalq partiyasının sıralarını tərk etmələri barədə 1024 nəfər bəyanat verib.

{nl}

SİA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında