Azərbaycan hökuməti Avropa İttifaqına etirazını bildirmişdir

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı, səfir Rolan Kobia aprelin 11-də Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa İttifaqının ATƏT-in Daimi Şurasının 7 aprel 2011-ci il tarixli iclasında səsləndirilmiş "Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə dair" bəyanatı ilə əlaqədar Azərbaycan hökumətinin narazılığı və təəssüfü qarşı tərəfə çatdırılıb.
Qeyd olunub ki, bu bəyanat qeyri-obyektiv, yanlış məlumatlar əsasında tərtib olunub, yerlərdə olan reallıqları əks etdirmir və qərəzli səciyyə daşıyır. Həmin bəyanat Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud ruhuna ziddir və qəbuledilməzdir. Qarşı tərəfin nəzərinə çatdırılıb ki, Azərbaycan hökuməti demokratik inkişaf prinsiplərinə sadiq qalaraq, beynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü müvafiq öhdəlikləri yerinə yetirir və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.

{nl}

APA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında