Daxili işlər naziri Şəki şəhərində vətəndaşlarla görüşmüşdür

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir, general-polkovnik Ramil Usubov aprelin 11-də Şəki Şəhər Polis Şöbəsində Şəki, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının bir qrup sakini ilə görüşmüş, onların müraciətlərini dinləmiş, problemlərinin dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyəti üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar vermişdir. Vətəndaşlardan 21-nin müraciəti yerindəcə həll olunmuşdur. 
General-polkovnik Ramil Usubov vətəndaşların müraciətlərinin qanunvericiliyin tələbləri çərçivəsində obyektiv şəkildə araşdırılacağını və konkret tədbirlər görüləcəyini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında