Məcburi köçkün vəsiqələrinin təqdim olunması üçün səyyar xidmət təşkil edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Gəncə şəhəri və Göygöl rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərdən bir qrupuna, mövcud qanunvericilik əsasında, onların statusunu təsdiqləyən vəsiqənin təqdim olunması üçün səyyar xidmət təşkil edib.
 
 Səyyar xidmət Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə göstərilib. Bu barədə komitədən məlumat verilib.
Komitənin məsul işçiləri  mövcud qaydalar əsasında  status sənədi almaq üçün müraciət etmiş 100 nəfər məcburi köçkünə vəsiqə təqdim ediblər. Onlardan bir nəfərinə – fiziki imkanları məhdud olan məcburi köçkünə vəsiqə evində təqdim edilib. Məcburi köçkün vəsiqəsi alanların 30 faizi özünün müvafiq statusunun təsdiq olunması üçün komitəyə müraciət etmiş abituriyentlərdir.   
Xatırladaq ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində müvəqqəti yaşayış sahəsi ilə,  məşğulluqla, sosial və tibbi təminatla, təhsil hüququ, nəqliyyat və mənzil-kommunal, həmçinin vergi güzəştləri ilə təmin olunması kimi sosial müdafiə tədbirləri tətbiq edilir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli sərəncamına əsasən məcburi köçkün statusu olan ölkə  vətəndaşları  təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər. 
Ü.VAHİDQIZI,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında