YAP Nərimanov rayon təşkilatında partiya sıralarına yeni daxil olmuş gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir

Aprelin 11-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında gənclərlə görüş keçirilmiş, partiyaya yeni üzv olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunmuşdur. 
YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov tədbiri açaraq, partiya sıralarına qəbul olunan gəncləri təbrik etmiş, ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlardan, əldə olunmuş uğurlardan danışmışdır. Bildirmişdir ki, YAP sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar öz müsbət nəticələrini verir. Azərbaycan iqtisadiyyatı sürətlə artır, əhalinin sosial vəziyyəti yaxşılaşır.
Dövlətimizin başçısı əhalinin, xüsusən də gənclərin problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərir. Gənclər siyasəti ilə bağlı xüsusi dövlət proqramlarının qəbulu bunu bir daha sübut edir.
Ə. Əhmədov Nərimanov rayon təşkilatında 200 nəfərdən çox gəncin partiya sıralarına qoşulmasını yüksək qiymətləndirmiş və bildirmişdir ki, bu, həm də YAP-ın Azərbaycanda ən güclü siyasi qüvvə olduğunu sübut edir. Bu gün 530 minə qədər insanı ətrafında birləşdirən YAP üzvlərinin 40 faizi gənclərdən ibarətdir. 200 minə qədər Azərbaycan gəncinin YAP-ın üzvü olmaqla öz siyasi talelərini partiyamızla bağlamalarının kökündə ciddi amillər dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində gənclərin sosial inkişafına hər cür şərait yaradılmışdır. Bu gün Azərbaycan müasirləşir, infrastruktur yaxşılaşır, əhalinin gəlirləri artır, rifahı yüksəlir. Bu nailiyyətlər ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsinin nəticəsidir.
Ə. Əhmədov demişdir ki, YAP gənclərin cəmiyyətin həyatında yaxından iştirakına həmişə dəstək olmuşdur. Azərbaycan hökuməti gənclərin istək və imkanlarına uyğun seçim etmələri üçün hər cür şərait yaratmışdır. Bizim istəyimiz gənclərimizin biliklərə, müasir dünyagörüşünə, müxtəlif xarici dillərə yiyələnməsidir.
Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, eləcə də dövlətin xüsusi diqqət və qayğısı sayəsində cəmiyyətdə öz bilik və bacarıqlarını nümayiş etdirir, ölkəmizin inkişafı prosesində fəal iştirak edir. Məhz bunun nəticəsidir ki, bu gün gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş, onlara göstərilən etimadı yüksək səviyyədə doğrultmağa çalışırlar və bu istiqamətdə səylərini davam etdirirlər.
Bəzi gənclərin ölkəmizin inkişafını istəməyən qüvvələrin təsiri altına düşməsindən təəssüfləndiyini bildirən Ə.Əhmədov onları bu yoldan çəkinməyə çağırmışdır.
Daha sonra partiya sıralarına qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Tədbirdə çıxış edən gənclər YAP sıralarına qoşulmalarının səbəbi və məqsədi, partiyanın ölkənin həyatındakı mövqeyindən ətraflı bəhs etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında