ATƏT Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirməyi planlaşdırır

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 13-də qoşunların Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçiriləcəkdir. 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT sədrinin səhra köməkçiləri Xristo Xristov, Antal Herdiç və şəxsi köməkçisi Uilyam Praroy, qarşı tərəfdə isə ATƏT-in şəxsi nümayəndəsi Anjey Kasprşik, ofis əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas həyata keçirəcəklər.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT sədrinin şəxsi nümayəndəsinin işğal olunmuş ərazilərdən təmas xəttini keçərək Ağdam rayonunun Orta Qərvənd kəndinə gəlməsi nəzərdə tutulmuşdur. Məqsəd 9 yaşlı Fariz Bədəlovun həlak olması ilə əlaqədar araşdırmanı davam etdirməkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında