Mənim təsəvvürümdə Azərbaycan nəinki Yaxın Şərqin, hətta Avropanın ən gözəl ölkələrindən biridir

Gənc olmağıma baxmayaraq indiyədək dünyanın bir çox ölkələrini gəzmişəm. Azərbaycana isə ilk dəfədir ki, gəlmişəm. İlk baxışdan elə fikirləşirdim ki, burada müsəlmanlar yaşadığından daha çox ənənəvi Şərq ölkələrindən biri ilə qarşılaşacağam. 
Amma Bakıya daxil olduğum andan bütün düşündüklərimin əksini gördüm. Mənim təsəvvürümdə Azərbaycan nəinki Yaxın Şərqin, hətta Avropanın ən gözəl ölkələrindən birinə çevrildi. Bu məni çox sevindirir. Ona görə ki, dünyanın tərəqqisi bu cür hərtərəfli inkişafdan keçir.
Bu sözləri Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, İndoneziya Dövlət İslam Universitetinin tələbəsi Fauzi Mihtax AzərTAc-a müsahibəsində demişdir.
Qonaq vurğulamışdır ki, xalqlar arasında sülhə, həmrəyliyə, anlaşmaya nail olmaq üçün belə forumların keçirilməsi olduqca təqdirəlayiqdir. Mən Azərbaycan dövlətinin bu təşəbbüsünü alqışlayıram və arzu edirəm ki, sülhə çağırış dolu belə forumların, tədbirlərin sayı çox olsun.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında