Qarşıdurma yaratmaqla hakimiyyətə gəlmək yolverilməzdir

Mən 2004-cü ildən klassik Xalq Cəbhəsi Partiyasının üzvüyəm. Demokratik proseslərin inkişafında müəyyən qədər fəaliyyətim olub. Respublikada gedən bütün hadisələri həmişə diqqətlə izləmişəm. Ölkəmizdə aparılan abadlıq və quruculuq işləri, regionların sosial-iqtisadi inkişafı göz qabağındadır. Bütün problemlər ilbəil aradan qaldırılır. Bizim əsas problemimiz Qarabağın, işğal altında olan digər ərazilərimizin azad olunmasıdır. Hamımızın amalımız bu məsələ ətrafında birləşməkdir. Lakin bir qrup müxalif qüvvələri ölkədə sabitliyi pozmağa, əhali arasında çaxnaşma yaratmağa çalışır. 2 aprel 2011-ci il tarixdə baş verənləri izləyərkən çox təəssüf hissi keçirdim mənim qəzəbimə səbəb oldu. Bu hadisəni törədənlər həmin hərəkətləri torpaqlarımızı zəbt etmiş ermənilərə qarşı mübarizə aparsalar daha yaxşı olar? Əksinə onlar ermənilərlə sövdələşmələr aparırlar. Mən radikal müxalifətin 2 aprel 2011-ci ildəki hərəkətlərini pisləyirəm və üzvü olduğum klassik Xalq Cəbhəsi Partiyasından imtina edirəm.

{nl}

Azər OSMANOV, Klassik Xalq Cəbhəsi Partiyasının sabiq üzvü

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında