İmişli rayonunda Müsavat, AXCP, AMİP və AXP üzvlərinin bir qrupu partiya sıralarından çıxdığı barədə bəyanat qəbul etmişdir

İmişli rayonunda Müsavat, AXCP, AMİP və AXP üzvlərinin bir qrupu İctimai Palata adı altında birləşən radikal müxalifətçilərin aprelin 2-də Bakı şəhərində ictimai-siyasi sabitliyin pozulmasına yönələn qanunazidd hərəkətlərinə etiraz edərək üzv olduqları partiyaların sıralarını tərk etdikləri barədə bəyanat vermişlər.
Müşfiq Əkbərovun, Söbəddin İbadovun, Mehdi Alışovun (Müsavat Partiyası), Gürşad Əsədovun, Sahil Əliyevin (AXCP), Anar Ələsgərovun (AMİP), Ülfət Şükürovun (Azərbaycan Xalq Partiyası) imzaladıqları bəyanatda deyilir:" İctimai Palata adlanan quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyaların aprelin 2-də Bakı şəhərində qeyri-qanuni mitinq keçirməyə cəhd göstərməsi, heç bir demokratik prinsiplərə və insanlığa yaraşmayan hərəkətlərə yol verməsi bütünlükdə ölkə ictimaiyyəti kimi, bizim də dərin hiddətimizə səbəb olmuşdur. Cəmiyyətə açıq hörmətsizlik ifadə edən belə hərəkətlər nəticəsində fiziki və hüquqi şəxslərə ciddi ziyan vurulmuşdur. İndiyə qədər təmsil olunduğumuz müxalifət partiyalarının bu radikal hərəkətləri artıq bizi ayıltmışdır. Biz indi əsl həqiqəti başa düşmüşük və belə hesab edirik ki, bundan sonra belə insanların arasında bizə yer yoxdur. Əli Kərimlilərin, İsa Qəmbərlərin radikal partiyalarında təmsil olunmaq bizə heç vaxt başucalığı gətirməyəcək. Ona görə də bəyanat verərək bu partiyaların sıralarını tərk etdiyimizi bildiririk".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında