Paytaxt sakinləri müxalifətin mitinqlərinin əleyhinədir

Paytaxt sakinləri müxalifətin keçirdiyi mitinqlərin əleyhinədir. Bunu "Rəy" Monitorinq Mərkəzinin aprelin 3-dən 6-dək sakinlər arasında keçirdiyi ictimai rəy sorğusunun nəticələri də sübut edir. 
"Rəy" Monitorinq Mərkəzindən daxil olmuş məlumatda deyilir ki, mərkəzin əməkdaşları son vaxtlar müxalifətin etiraz aksiyaları keçirmək cəhdini nəzərə alaraq sorğu keçirmiş, əhalinin bu aksiyalara münasibətini araşdırmışlar.
Nəticələr göstərir ki, sorğuya cəlb olunan paytaxt sakinlərinin 33 faizi etiraz aksiyaları barədə yalnız mərkəzin əməkdaşları ilə söhbətdən sonra xəbər tutmuşdur. Qalan 37 faizi bu barədə ətraflı məlumata malik olmuş, 30 faizi isə "nəsə eşitmişdir".
Məlum olmuşdur ki, "Bakı sakinləri bu aksiyaları necə qiymətləndirirlər?" sualını cavablandıran respondentlərin böyük əksəriyyəti, yəni 67 faizi mitinqlərin əleyhinə çıxmışdır.
Sorğu iştirakçılarına verilən daha bir sual aksiyaların motivləri ilə bağlı olmuşdur. Paytaxt sakinlərinin 32 faizi hesab edir ki, mitinq edənlər xarici havadarlarının əlində oyuncağa çevrilmişlər. 24 faiz isə hesab edir ki, bu, sadəcə "siyasət oyunu" oynamağa qeyri-ciddi cəhddir. Rəyi soruşulanların 7 faizi mitinqləri ciddi etiraz cəhdi kimi qiymətləndirmiş, 6 faiz digər cavablar vermiş, 31 faizi isə cavab verməkdə çətinlik çəkmişdir.
Sorğu nəticəsində o da bəlli olmuşdur ki, Bakı sakinləri həmin etiraz aksiyalarında iştirak etmək fikrində deyillər. Sakinlərin 93 faizi "belə bir mitinq gələn bazar günü keçirilsəydi, siz bu aksiyada iştirak edərdinizmi" sualına birmənalı olaraq "yox" cavabını vermişdir. Yalnız 3 faiz "bəli", 4 faizi isə "bəlkə də, iştirak edərdim" cavabını söyləmişdir.
"Üzbəüz" müsahibə yolu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 850 respondent cəlb edilmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında