Bakıda "Harmonik Sistem 2012 - tətbiqi və tarif idarəetməsi" mövzusunda regional seminar keçirilir

Aprelin 11-də Dünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində "Harmonik Sistem 2012 - tətbiqi və tarif idarəetməsi" mövzusunda regional seminar işə başlamışdır. 
Seminarın açılışında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Dünya Gömrük Təşkilatının texniki əməkdaşı Alvaro Fernandez Acebes və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən və vacibliyindən danışmışlar. Vurğulanmışdır ki, 15 ölkədən, o cümlədən Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Belarus, Latviya və başqalarında gömrük orqanlarının nümayəndələri tədbirdə iştirak edirlər. Aktual mövzuya həsr olunan seminarın uğurlu keçəcəyinə əminlik ifadə edilmiş, bu sahədə tərəflərin öz bilik və təcrübələrini bölüşməsinin ümumi işə töhfə verəcəyi diqqətə çatdırılmışdır.
Seminarın ilk günündə Dünya Gömrük Təşkilatı və onun missiyası, Harmonik Sistem (HS) Konvensiyası, Harmonik Sistemin strukturu, ümumi təsnifat prinsipləri, ümumi şərh qaydaları və qeydlər, Harmonik Sistemin təkmilləşdirilməsi və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Tədbir aprelin 15-dək davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında